Özil “Qarabağ”ın məşqini izlədi

İdman

11.10.2024 18:00

Futbol üzrə Almaniya millinin sabiq üzvü Mesut Özil “Qarabağ” klubunun qonağı olub. 

TodayPress xəbər verir ki, veteran futbolçu “Azərsun Arena”da Azərbaycan çempionunun açıq məşqini izləyib. 

Özillə yanaşı, “Qarabağ”ın rəsmi şəxsləri və azarkeşlər də məşq prosesini izləyiblər.  Qeyd edək ki, sabiq yarımmüdafiəçi peşəkar karyerası ərzində “Şalke”, “Verder”, “Real Madrid”, “Arsenal”, “Fənərbağça” və “Başakşəhər” klublarında çıxış edib. 

Namiq HUN

tag: Mesut Özil ,Qarabağ,Real Madrid ,Fənərbağça,Oyun,Todaypress.az,