Özbək futbolçu “Çelsi” ilə oyunda debüt edəcək
“Mançester Siti” klubunun yeni futbolçusu, Özbəkistan millisinin müdafiəçisi Abdukodir Xusanov “Çelsi” ilə oyunda debüt edə bilər.
TodayPress xəbər verir ki, Premyer Liqanın XXIII turu öncəsi təşkil olunan mətbuat konfransında “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola məlumat verib.
“Əlbəttə, yeni oyunçular bizə kömək edə bilər. “Çelsi” ilə matçda bizim yalnız bir mərkəz müdafiəçimiz vardı, digəri isə Xusanovun sayəsində mümkün olacaq. Oynamalı olduğumuz matçların sayını nəzərə alsaq, ixtiyarımızda daha çox oyunçunun olması bizim üçün vacibdir” deyə o, bildirib.
Yanvarın 25-də Mançesterdə keçiriləcək “Mançester Siti” – “Çelsi” matçı saat 21:30-da başlayacaq.
Namiq HUN
tag: İdman,Futbol,Çelsi,Mançester Siti,Abdukodir Xusaniv,todaypress.az,