“Oyunlarda özümü doğruldub yaxşı nəticə əldə edəcəyimə inanıram”
İdman
16.07.2024 09:26
“Özümü yaxşı hiss edirəm. Olimpiadadakı rəqiblərimlə yarışa mükəmməl hazırlaşıram”.
Bunu TodayPress-ə yunan-Roma güləşi üzrə Avropa çempionu və Dünya mükafatçısı Murad Məmmədov deyib:
“Hazırlığa Göygöl təlim-məşq toplantısı ilə başladıq. Bu müddətdə amerikalı mütəxəssis də məşq prosesinə qatılıdı. Həm döşək, həm də fiziki məşqlərimiz ağır olsa da, fərqliliyə görə maraqlı idi. Bundan sonra Vladiqafqazda toplantımız keçirildi. Daha sonra doğma vətənimizdə hazırlaşıb Olimpiadanın keçiriləcəyi məkana yola düşəcəyik. Özümü tam yaxşı hiss edirəm. Olimpiadada rəqibim iki nəfərdir. Rəqiblərim üstündədə yaxşı hazırlaşıram. Oyunlarda özümü doğruldub yaxşı nəticə əldə edəcəyimə inanıram”.
Murad Məmmədov (60 kq) ilk dəfə Olimpiadada iştirak edəcək. Yunan-Roma güləşi üzrə milli komandanın üzvü bu il Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatının qalibi olub. Ötən il isə Məmmədov Serbiyanın Belqrad şəhərində təşkil olunan mundialın gümüş mükafatçısı olub.
Qeyd edək ki, Yunan-Roma güləşçilərinin XXXIII Yay Olimpiya Oyunlarında müabrizəsi 3 gün davam edəcək. Murad Məmmədov avqustun 5-də 60 kq çəki dərəcəsində Paris Olimpiadasının mükafatları uğrunda yarışacaq.
Namiq HUN
tag: Olimpiya, Murad Məmmədov, Rəqiblər, Buxarest, Gümüş medal, todaypress.az,