Oyun zamanı hakim huşunu itirdi, xəstəxanaya aparıldı
İdman
26.06.2024 15:18
Amerika kuboku turnirində qrup mərhələsinin Peru-Kanada matçında (0:1) xoşagəlməz hadisə yaşanıb.
TodayPress xəbər verir ki, A qrupunun 2-ci tur matçında birinci hissənin son anlarında qvatemalalı yan xətt hakimi Humberto Panxoy huşunu itirərək yerə yıxılıb. Laysmanın köməyinə ilk olaraq Kanada millisinin qolkiperi Maksim Serepu çatıb. O, dərhal həkimləri meydana çağırıb.
Ədalət təmsilçisinə ilkin tibbi yardım göstərildikdən sonra xərəkdə meydandan çıxarılıb. Hakimin günvurmadan huşunu itirdiyi bildirilib.
Namiq HUN
tag: Amerika, Oyun,Peru-Kanada, Hakim, Tibbi Yardım, todaypress.az,