Oveçkinə rekord qırmaq üçün 24 qol lazımdır
İdman
30.12.2024 15:50
Aleksandr Oveçkin tarixi rekorda doğru addım-adım yaxınlaşır.
TodayPress xəbər verir ki, Detroytda yerləşən “Little Caesars Arena”da baş tutan “Detroyt” - “Vaşinqton Kapitals” görüşü meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
“Vaşinqton”un ilk hissədə qol vuran rusiyalı kapitanı Aleksandr Oveçkin NHL müntəzəm mövsüm matçlarının ilk dövrələrində 238-ci dəfə fərqlənib. O, göstəricidə ikinci yeri tutan Fil Espositodan iki top geri qalır.
Oveçkin, ilk dövrələrdə vurduğu qollara görə NHL tarixində lider Ueyn Qretskidən cəmi 3 qol geri qalır. Kanadalı 241 qol vurub.
Qeyd edək ki, Aleksandr Oveçkin karyerası ərzində 1446 oyun keçirib, 870 qol vurub və 707 məhsuldar ötürmə edib. 39 yaşlı Oveçkinə NHL-in bombardiri Qretskinin tarixi rekordunu qırmaq üçün cəmisi 24 qol lazımdır.
Namiq HUN
tag: Aleksandr Oveçkin,Detroyt,Little Caesars Arena,Fil Esposito,NHL,todaypress.az,