Oveçkinə keçi hədiyyə etdilər
“Vaşinqton Kapitals” hokkey klubunun hücumçusu Niklas Bäkström komanda yoldaşı Aleksandr Oveçkinə Milli Hokkey Liqası (NHL) tarixində vurulan ən çox qol rekordunu qırdığı üçün canlı keçi hədiyyə edib.
TodayPress xəbər verir ki, bu barədə NHL klubunun “X” sosial şəbəkə hesabında məlumat verilib.
Hədiyyəni Vaşinqtonda təşkil olunan təntənəli mərasim zamanı təqdim edən Bäkström zarafatla deyib:
“İndi sənə bu keçini təqdim edirik”.
Niklas Bäkström Oveçkinə NHL-də ən çox məhsuldar ötürmə verən oyunçudur.
Qeyd edək ki, ingilis dilində “keçi” mənasını verən goat sözü, eyni zamanda “Greatest Of All Time” (Bütün zamanların ən böyüyü) ifadəsinin abreviaturasıdır.
Məhz bu kontekstdə Oveçkinin tarixi nailiyyətinə eyham edilib.
Xatırladaq ki, Aleksandr Oveçkin aprelin 6-da NHL-in daimi mövsüm oyunlarında 895-ci qolunu vuraraq, əfsanəvi kanadalı hücumçu Ueyn Qretskinin 894 qolluq rekordunu geridə qoyub.
Bununla da o, NHL tarixində ən çox qol vuran oyunçu olub.
Namiq HUN
tag: Oveçkin, Uğur, Qol, Komanda, Qapçı, todaypress.az,