Oveçkin yardım kampaniyasına start verdi

İdman

06.03.2025 14:50

1317

“Vaşinqton Kapitals” hokkey klubunun kapitanı Aleksandr Oveçkin Xərçəng üzərində qələbə üçün “THE GR8 CHASE” kampaniyasını başladıb.   

TodayPress xəbər verir ki, o, “Nyu-York Reyncers”lə oyundan başlayaraq vurduğu hər qol sayına bərabər məbləği fonda bağışlayacaq. 

Aleksandr pərəstişkarlarını 8 dollar (Oveçkinin formasının nömrəsi) və ya verə biləcəkləri istənilən məbləği ianə etmək təklifi ilə ona qoşulmağa dəvət edib.   

Vaşinqton təmsilçisi ianənin tam həcmdə V Fondu vasitəsilə birbaşa uşaq xərçəngi tədqiqatlarına gedəcəyini bildirib.   

Namiq HUN

tag: Aleksandr Oveçkin,Hokkey,Klub,Xərçəng,Todaypress.az,