Oveçkin vədinə əməl etdi
ABŞ Milli Hokkey Liqasında (NHL) tarixi gün yaşanıb.
TodayPress xəbər verir ki, bütün dünyanın gözlədiyi rekord təkrarlanıb.
“Vaşinqton” klubunun 39 yaşlı rusiyalı kapitanı Aleksandr Oveçkin “Çikaqo” ilə oyunda (5:3) dubl edib.
Nəticədə o, NHL-də 894 qol hədinə çataraq əfsanəvi Ueyn Qretskinin rekordunu təkrarlayıb.
Qeyd edək ki, Aleksandr Oveçkinin NHL çempionatlarında 894 qolu və 724 məhsuldar ötürməsi var.
Namiq HUN
tag: Oveçkin, Uğur, Qol, Komanda, Qapçı, todaypress.az,