Oveçkin unikal rekorda imza atdı
İdman
17.01.2025 15:02
Rusiyalı hokkeyçi Aleksandr Oveçkin Milli Hokkey Liqası (NHL) tarixində ən çox qapıya qol vuran oyunçu kimi rekorda imza atıb.
TodayPress xəbər verir ki, hücumçu “Ottava Senators” komandasının qapıçısı Leevi Merilainenin torunu silkəliyərək, 179 fərqli qapıçını məyus edən ilk hokkeyçi adını qazanıb.
Oveçkin çexiyalı Yaromir Yaqrın əvvəlki rekordunu təzələyib.
Qeyd edək ki, “Vaşinqton” klubu “Ottava”ya 1:0 hesabı ilə qalib gəlib. 45 matçdan sonra 65 xal toplayan Vaşinqton təmsilçisi Şərq Konfransında liderliyini qoruyub saxlayıb.
Aleksandr Oveçkin son uğuru ilə NHL tarixindəki ümumi qol sayını 874-ə çatdırıb. O, ən çox qol vuran hokkeyçilər arasında ikinci yeri tutur. Lider, aktivində 894 qol olan kanadalı əfsanə Ueyn Qretskidir.
Namiq HUN
tag: Oveçkin, Uğur, Qol, Komanda, Qapçı, todaypress.az,