Oveçkin liderliyi əldən verdi

İdman

11.10.2024 10:55

“Vaşinqton”un kapitanı Aleksandr Oveçkin NHL-də ən çox qazanan oyunçu statusunu itirib.

TodayPress xəbər verir ki, “Forbes” 2024-cü ildə liqanın ən çox qazanan hokkeyçilərinin siyahısını dərc edib. 

Lider, 21,7 milyon dollar qazancla “Toronto”nun hücumçusu Auston Mettyusdur. 

İkinci yerdə 19,5 milyon dollar gəlirlə “Kolorado”nun hücumçusu Natan Makkinnondur. 

İlk üçlüyü 16 milyon dollar qazancla “Vaşinqton”dan Aleksandr Oveçkin və “Edmonton”un hücumçusu Konnor MakDevid bölüşürlər.

Xatırladaq ki, 2023-cü ildə Oveçkin illik 17,5 milyon dollar gəlirlə reytinqə başçılıq edib.

Namiq HUN

tag: Aleksandr Oveçkin,Vaşinqton,Toronto,Auston Mettyus,todaypress.az,