Oveçkin əfsanədən hədiyyəsini aldı

İdman

05.04.2025 18:00

2589

ABŞ Milli Hokkey Liqasında (NHL) tarixi günə imza atan Aleksandr Oveçkinin hədiyyəsi özünü çox gözlətmədi.   

TodayPress xəbər verir ki, “Vaşinqton”un 39 yaşlı rusiyalı kapitanı Aleksandr Oveçkin “Çikaqo” ilə oyunda (5:3) dubl edib. 

NHL-in əfsanəsi Ueyn Qretski 894 qol hədinə çatmaqla rekordunu təkrarlayan Oveçkinə oyundan sonra göstəricinin qeydə alındığı tarixlə şayba hədiyyə edib. 

“Vaşinqton”un mətbuat xidməti, Ueynin Oveçkinə hədiyyə təqdim etdiyi andan fotoşəkil paylaşaraq “Əfsanədən əfsanəyə” yazıb.   

Namiq HUN

tag: Oveçkin, Uğur, Qol, Komanda, Qapçı, todaypress.az,