Oveçkin daha bir rekordu təkrarladı

İdman

18.04.2025 12:50

7

“Vaşinqton Kapitals” klubunun rusiyalı hokkeyçisi Aleksandr Oveçkin 39 və daha yuxarı yaşlı oyunçular arasında ABŞ Milli Hokkey Liqasında (NHL) bir müntəzəm mövsümdə vurulan qol sayı ilə bağlı rekordu təkrarlayıb.   

TodayPress xəbər verir ki, Ovi göstəricini “Pittsburq”la oyunda reallaşdırıb.  39 yaşlı hokkeyçi pinqivinlərlə qarşılaşmada 44-cü qolunu vuraraq, 1968/1969 mövsümündə Qordi Hounun müəyyən etdiyi rekordu təkrarlayıb. 

Qeyd edək ki, Aleksandr Oveçkin NHL-in müntəzəm çempionatları tarixində ən çox qol vuran hokkeyçidir.   

Namiq HUN

tag: Oveçkin, Uğur, Qol, Komanda, Qapçı, todaypress.az,