Oskar Zambrano dopinqə görə cəzalandırıldı

İdman

06.11.2024 11:10

Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) Ekvador millisinin yarımmüdafiəçisi Oskar Zambranonu antidopinq qaydalarını pozduğuna görə cəzalandırıb.

TodayPress futbolçunun çıxış etdiyi “Hall Siti” klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu CONMEBOL-un antidopinq reqlamentinin iki maddəsini pozmaqda ittiham olunur.

Zambrano qərardan CAS-a şikayət verə bilər. O, növbəti bildirişə qədər oyunlarda iştirak etməyəcək.

Qeyd edək ki, Oskar Zambrano cari mövsüm “Hal Siti”nin heyətində meydana çıxdığı 8 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: Cənubi Amerika, Hall Siti, CONMEBOL, CAS,Oskar Zambrano, Dopinq, todaypress.az,