Osimhen tarix yazdı

İdman

15.05.2025 15:40

15

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen Türkiyə futbolu tarixinin rekorduna imza atıb.

TodayPress xəbər verir ki, nigeriyalı forvard buna ölkə kubokunun finalında “Trabzonspor”la matçda dubl etməklə nail olub. 

Nəticədə Osimhen cari mövsüm “Qalatasaray”ın heyətində vurduğu qolların sayını 35-ə çatdırıb.

O, Türkiyə futbolu tarixində bir mövsümdə ən çox qol vuran legioner adını qazanıb. 

Müqavilə ilə “Napoli” klubuna məxsus olan Viktor Osimhen ötən ilin yayından icarə əsasında İstanbul təmsilçisində oynayır.

Namiq HUN

tag: Qalatasaray,Viktor Osimhen,Türkiyə ,Napoli,todaypress.az,