Osimhen klublara şərtlərini bildirdi
“Napoli” futbol klubuna məxsus olan və hazırda icarə əsasında “Qalatasaray”da çıxış edən Viktor Osimhen ona təklif göndərən klublara şərtlərini açıqlayıb.
TodayPress “Fanatik”ə istinadən xəbər verir ki, hücumçunun əsas hədəfi UEFA Çempionlar Liqasında çıxış etmək olduğundan, turnirə vəsiqə qazanmayan klubların təkliflərini qəbul etməyəcəyini bildirib.
Osimhenin keçidi üçün danışıqları davam etdirən “Mançester Yunayted” klubunun nigeriyalı futbolçunu transfer etməsi üçün yeganə çıxış yolu UEFA Avropa Liqasının qalibi olmaqdır.
Əks təqdirdə tərəflər arasında danışıqlar başa çatacaq.
“Qalatasaray” cari mövsüm çempionluğunu əldə edəcəyi təqdirdə UEFA Çempionlar Liqasında çıxış etmə haqqını qazanacağı üçün Viktor Osimhenin keçidini tamamlamağa çalışacaq.
Namiq HUN
tag: Viktor Osimhen,Qalatasaray,Transfer,Klub,Şərt,Todaypress.az,