Osimhen ərəblərdən təklif aldı
“Napoli” klubunun “Qalatasaray”da icarə əsasında çıxış edən futbolçusu Viktor Osimhen karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
TodayPress xəbər verir ki, “Əl-Hilal” klubu 26 yaşlı forvardın xidmətində maraqlıdır.
Klub rəhbərliyi artıq nigeriyalı futbolçunun transferi ilə bağlı danışıqlara başlayıb.
“Əl-Hilal” klubu Osimhen üçün tələb olunan 75 milyon avroluq məbləği ödəyərək müqavilədə qeyd olunan transfer hüququndan yararlanmaq istəyir.
Qeyd edək ki, Viktor Osimhen cari mövsüm “Qalatasaray”ın heyətində bütün turnirlərdə 29 oyuna çıxıb.
Hücumçu bu görüşlərdə 23 qol vurub və 5 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Qalatasaray,Viktor Osimhen,Əl-Hilal,Futbol,Klub,Transfer,Todaypress.az,