“Osasko”nun hücumçusu xüsusi mükafat aldı
Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimova Braziliya çempionatında matçın ən yaxşı oyunçusu seçilib.
TodayPress xəbər verir ki, III turda hücumçunun çıxış etdiyi “Osasko” klubu səfərdə “Pinheiros”a (3:0) qalib gəlib.
Start "altılıq"da yer alan Polina matçın fəal iştirakçısı xüsusi mükafatına layiq görülüb.
Qeyd edək ki, çempionatın ilk üç turundan sonra hesabında 9 xalı olan “Osasko” liderlər qrupunda yer alıb.
Namiq HUN
tag: Azərbaycan, Polina Rəhimova, Braziliya, Osasko, Pinheiros, todaypress.az,