Osaka “Australian Open”lə vidalaşdı
İdman
17.01.2025 14:28
Qadın tennisçilər arasında dünyanın sabiq birinci raketkası olan Naomi Osaka “Böyük Dəbilqə” seriyalı “Australian Open” turniri ilə vidalaşıb.
TodayPress xəbər verir ki, yaponiyalı tennisçi üçüncü mərhələdəki çıxışını sona çatdıra bilməyib.
Turnirin 1/8 final mərhələsində Osakanın rəqibi isveçrə tennisçisi Belinda Bençiç olub. İlk setin gedişində tibbi fasilə götürmək məcburiyyətində qalan Naomi, sonradan kortda oyununu davam etdirərək tay-brekdə uduzub.
“Böyük Dəbilqə” turnirlərinin dördqat qalibi birinci setdən sonra “Australian Open”də mübarizəni dayandırıb.
Namiq HUN
tag: Qadın ,Tennisçi ,Turnir, Rəqib ,todaypress.az,