Onur Quluzadənin Doha triumfu
Stolüstü tennisçilərimiz Qətərin paytaxtı Dohada keçirilən “WTT Youth Star Contender Doha 2025” turnirini 3 mükafatla başa vurublar.
TodayPress xəbər verir ki, turnirin son günündə Onur Quluzadə U-15 kateqoriyasının qoşa turnirində gümüş medala sahib çıxıb.
Onur və koreyalı həmkarı Ma Yeongmin finalda Türkiyə idmançıları Kenan Kahraman və Görkem Ocala uduzaraq fəxri kürsünün ikinci pilləsinəqalxıb.
Xatırladaq ki, daha əvvəl Onur Quluzadə ilə Yağmur Məmmədli qarışıq-qoşa, Mərziyyə Nurmətova ilə Aylin Əsgərova isə qoşa yarışlarda bürünc mükafata layiq görülmüşdü.
Onur Quuzadə həmçinin, Dohada təşkil olunan “WTT Youth Contender Doha 2025” turnirinin gümüş medalını da qazanmışdı.
Namiq HUN
tag: Tennis,Qətər,Onur Quluzadə, Türkiyə,Todaypress.az,