Onur Quluzadə Fransada bürünc medal qazandı
İdman
26.08.2024 11:38
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Fransanın Şiltiqheym şəhərində təşkil olunan “Euro Mini Champs” yarışında uğurla çıxış edib.
TodayPress xəbər verir ki, yeniyetmə tennisçimiz kiçik Avropa çempionatı adlandırılan yarışda 128 idmançı arasından inamla adlayaraq mükafatlar uğrunda mübarizə aparıb.
Mərhələ yarışlarında iki Fransa və Bolqarıstan idmançısına qalib gələn Onur yalnız yarımfinalda rumıniyalı həmkarına uduzub. Quluzadə 3-cü yer uğrunda görüşdə Çexiya idmançısını üstələyərək bürünc medal qazanıb.
Namiq HUN
tag: Azərbaycan, Onur Quluzadə, Avropa, Tennis, Fransa, Bolqarıstan, todaypress.az,