“Omoniya” klubunun iki futbolçusu “Zirə” ilə cavab oyununu buraxacaq

İdman

28.08.2024 13:22

Kiprin “Omoniya” klubunun iki futbolçusu UEFA Konfrans Liqasının pley-off mərhələsində Bakıda “Zirə”yə qarşı keçiriləcək cavab oyununu buraxacaq.

TodayPress xəbər verir ki, Haralambos Haralampus və Nikolas Panayotu matçda iştirak edə bilməyəcəklər.

Hər iki futbolçu zədəli olduğu üçün Bakıya gətirilməyib.

Qeyd edək ki, avqustun 29-da “Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq. 

İlk oyunda “Zirə” 0:6 hesabı ilə məğlub olub.

Namiq HUN

tag: Omoniya,UEFA, Zirə, Haralambos Haralampus, Nikolas Panayotu, todaypress.az,