Olmo ay yarım futbol oynamayacaq
"Barselona" klubunun futbolçusu Dani Olmo zədələnib.
TodayPress xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Olmo La Liqanın növbəti turu "Jirona" ilə matçda sağ diz nahiyəsindən zədələnib.
Futbolçu zədə səbəbindən 4-5 həftə meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Dani Olmo bu mövsüm 3 matçda "Barselona" formasını geyinib. O, bu görüşlərdə 3 qol vurub.
Namiq HUN
tag: Barselona, Dani Olmo ,Jirona ,Zədə, Görüş, todaypress.az,