Ölkə idmanında 2024-cü ilin ən yaxşıları açıqlandı

İdman

09.01.2025 23:42

Azərbaycan idmanında 2024-cü ilin yekunlarına həsr olunan tədbir keçirilib.

 

TodayPress xəbər verir ki, Gənclər və İdman Nazirliyinin (GİN) təşkil etdiyi mərasim "Buta Palace"da baş tutub.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Torpaqlarımızın azadlığı uğurda canlarından keçən şəhidlərimizin və Bakı–Qroznı (Rusiya Federasiyası) aviareysi zamanı vəfat edənlərin xatirəsi anılıb.

 

Daha sonra gənclər və idman naziri Fərid Qayıbov hamını yeni il münasibətilə təbrik edib. O, 2025-ci ildə idman dünyasında zədəlilərin az olmasını, komandalarımıza həmrəylik arzulayıb.

 

O, dövlət başçısı İlham Əliyevin hər il olduğu kimi, ilin sonunda idmançılarla görüşdüyünü xatırladaraq, yeni mesajlar verdiyini deyib.

 

Ardınca mükafatlandırılma mərasimi keçirilib, ilin ən yaxşıları bəlli olub.

 

İlin ən yaxşı kişi idmançısı

 

1. Hidayət Heydərov (cüdo)

2. Zelim Kotsoyev (cüdo)

3. Qaşım Maqomedov (taekvondo)

 

İlin ən yaxşı qadın idmançısı

 

1. Yaylagül Ramazanova (kamandan oxatma)

2. Anna Skidan (atletika)

3. Mariya Stadnik (güləş)

 

İlin ən yaxşı kişi paralimpiyaçısı

 

1. İmaməddin Xəlilov (parataekvondo)

2. Səid Nəcəfzadə (paraatletika)

3. İlham Zəkiyev (paracüdo)

 

İlin ən yaxşı qadın paralimpiyaçısı

 

1. Lamiyə Vəliyeva (paraatletika)

2.Dursədəf Kərimova (paracüdo)

3. Könül Süleymanova (paraüzgüçü)

 

İlin ən yaxşı qeyri-olimpiya növləri üzrə idmançısı

 

1. Ağasif Rəhimov-Raziyə Seyidli (akrobatika gimnastikası)

2. Ülviyyə Fətəliyeva (şahmat)

3. Əliqismət Həsənov (karate)

 

İlin qadınlardan ibarət ən yaxşı milli komandası

 

1. Bədii gimnastika üzrə milli komanda

2. 3х3 basketbol üzrə milli

3. Güləş millisi

 

İlin kişilərdən ibarət ən yaxşı milli komandası

 

1. Yunan-Roma güləşi üzrə millo komanda

2. Cüdo üzrə milli komanda

3. Sərbəst güləş üzrə milli komanda

 

İlin qadınlardan ibarət ən yaxşı klub komandası

 

1. Çimərlik voleybolu üzrə "Azərreyl" komandası

2. 3х3 "Neftçi" basketbol komandası

3. "Qarabağ" həndbol komandası

 

İlin kişilərdən ibarət ən yaxşı klub komandası

 

1. "Qarabağ" futbol klubu

2. Çimərlik voleybolu üzrə "Azərreyl" komandası

3. "Birbaşa" minifutbol komandası

 

İlin ən yaxşı idman federasiyası

 

1. Azərbaycan Cüdo Federasiyası

2. Azərbaycan Gimnastika Federasiyası

3. Azərbaycan Güləş Federasiyası

 

2024-cü ilin ən yaxşı idman tədbiri

 

1. Formula 1 Azərbaycan Qran-prisi (Bakı)

2. Beynəlxalq Avarçəkmə Reqatası (Füzuli və Mingəçevir)

3. Cüdo üzrə "Böyük Dəbilqə" turniri (Bakı)

 

2024-cü ilin Ədalətli oyun (Fair Play) mükafatçısı

 

1. Qaşım Maqomedov (taekvondo)

2. Leyla Abidinova (atletika)

3. Nərmin Şərifova (badminton)


Namiq HUN

 

 

tag: İdman, İlin Yekunu,Yaylagül Ramazanova,Hidəyət Heydərov,Cüdo,todaypress.az,