Olivye Jiru MLS klubu ilə müqavilə imzaladı
Fransa millisinin sabiq üzvü Olivye Jiru yeni klubu "Los-Anceles"lə müqavilə imzalayıb.
TodayPress xəbər verir ki, MLS təmsilçisinə azad agent kimi keçən hücumçu ilə imzalanan müqavilənin müddəti 2025-ci il dekabrın 31-dək qüvvədədir.
37 yaşlı futbolçu "Los-Anceles"də 9 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Jirunun son klubu 2023/2024 mövsümünün sonunda ayrıldığı "Milan" olub.
Namiq HUN
tag: Olivye Jiru, MLS, Fransa, Los-Anceles, Milan, todaypress.az,