Olivye Jiru Fransa millisi ilə vidalaşdı
İdman
10.07.2024 12:00
Fransa futbolunun əfsanəsi milli karyerasını bitirir.
TodayPress xəbər verir ki, Olivye Jiru artıq Fransa millisində top qovmayacaq. Forvard futbolçu karyerasını ABŞ-nin “Los-Anceles” klubunda davam etdirəcək.
Olivye Jiru Fransa yığmasının ən çox qol vuran futbolçusudur. Hücumçu meydana çıxdığı 137 oyunda 57 dəfə fərqlənib.
Xatırladaq ki, Avropa Çempionatının yarımfinal mərhələsi çərçivəsində keçirilən İspaniya - Fransa matçında Olivye Jiru 79-cu dəqiqədə meydana daxil olub. Onun şərəfini qoruduğu Fransa yığma komandası turnirlə vidalaşıb.
Namiq HUN
tag: Olivye Jiru, Fransa, ABŞ, lOS-Anceles, Avropa Çempionat, todaypress.az,