Olimpiya rekordu iki dəfə yeniləndi
İdman
06.08.2024 09:24
Armand Duplantis Paris Olimpiadasında dayaqla tullanmada dünya rekordu müəyyən edib.
TodayPress xəbər verir ki, isveçli ikiqat dünya çempionu Armand Duplantis multiidman oyunlarında üçüncü cəhddə 6,25 m hündürlüyü ram edərək yeni dünya rekorduna imza atıb.
Bundan əlavə, Duplantis yarış günü ikinci dəfə Olimpiya rekordunu yeniləyib. O, əvvəlcə 6,10 m (əvvəlki rekord 6,03 m idi), sonra isə üçüncü cəhddə 6,25 m hündürlüyə tullanıb.
Qeyd edək ki, Armand Duplantisin Olimpiya çempionu olduğu yarışda ilk üçlüyü Sem Kendriks (ABŞ) 5.95 m və Emmanuel Karalis (Yunanıstan) 5.90 m təşkil edib.
Namiq HUN
tag: Armand Duplantis,Sem Kendriks,Emmanuel Karalis, Dünya Rekordu,Olimpiya Çempionu,todaypress.az,