Olimpiya Oyunlarında gender bərabərliyi olacaq

İdman

10.04.2025 17:45

6

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Şurası 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunları üçün yarış proqramını və idmançıların kvotalarını təsdiqləyib.   

TodayPress xəbər verir ki, proqram 351 mükafat dəstini əhatə edir.   

İdmançıların ümumi sayı 10,5 min olaraq qalacaq. LA-2028 təşkilat komitəsi tərəfindən təklif edilən beysbol (softbol), kriket, bayraq futbolu, lakros və skvoş üçün 698 kvota ayrılıb.   

Komanda idman növblərində mütləq gender bərabərliyinə nail olunub.

Olimpiya Oyunları tarixində ilk dəfə olaraq bütün komanda idman növləri bərabər sayda qadın və kişi komandaları ilə təmsil olunacaq.   

Su polosu yarışlarında 2 qadın komandasının əlavə olunması sayəsində qadınlarda da kişilər kimi 12 komanda olacaq.

Futbolda ilk dəfə olaraq 12 kişi komandasına qarşı 16 qadın komandası iştirak edəcək. 

Olimpiya Oyunlarda 5333 qadın və 5167 kişi idmançı iştirak edəcək. Əlavə idman növləri qadınlar üçün daha 322, kişilər üçün 376 kvota təmin edəcək.

Proqrama 6 yeni qarışıq yarış əlavə olunub.

Ümumilikdə 351 növ olacaq. Bunlardan 161-i qadınların, 165-i kişilərin payına düşür. 25 növdə isə yarışlar qarışıq formatda baş tutacaq.   

Namiq HUN

tag: Yay Olimpiya Oyunları,Los-Anceles,2028,Gender,Bərabərlik,Todaypress.az,