Olimpiya mükafatçısı yol qəzasında həlak oldu
Fici reqbi yığmasının üzvü, Paris olimpiadasının mükafatçısı Cosay Raysuke Fransada yol qəzasında həlak olub.
TodayPress xaici KİV-ə istinadən xəbər verir ki, onun idarə etdiyi avtomobili dəmir yolu keçidində qatar vurub.
30 yaşlı reqbiçi hadisə yerində həyatını itirib.
Qeyd edək ki, Cosay Raysuke Parisdə-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.
Namiq HUN
tag: Fici,Reqbi,Cosay Raysuke,Ölüm,Todaypress.az,