Olimpiya mükafatçısı mövqeyini qorudu

İdman

08.02.2025 12:15

1070

Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı dünya reytinqində yerini qoruyub. 

TodayPress xəbər verir ki, taekvondoçuların yanvar ayı üçün reytinq siyahısı açıqlanıb.

Olimpiya mükafatçısı, Avropa çempionu Qaşım Maqomedov (58 kq)  dünya reytinqində ikinci pillədə qərarlaşıb.

Ötən siyahıdakı mövqeyini qoruyan idmançımızın hesabında 120,00 xal var.

Qeyd edək ki, bu çəkidə Cənubi Koreya təmsilçisi Tae-Jun Park 200,00 xalla liderdir.

Namiq HUN

tag: Paris-2024 Yay Olimpiya Oyunları,Taekvondo,Avropa çempionu,Qaşım Maqomedov,İdman,todaypress.az,