Olimpiya mükafatçısı ili ikinci pillədə başa vurdu
İdman
06.12.2024 12:12
Paris Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan taekvondoçusu Qaşım Maqomedov dünya reytinqində ili ikinci pillədə başa vurub.
TodayPress xəbər verir ki, bu, Dünya Taekvondosunun rəsmi saytında dekabr ayı üçün açıqladığı reytinqdə əksini tapıb.
58 kq çəki dərəcəsində yarışan idmançının mövqeyində dəyişiklik olmayıb. O, 120 xalla ikinci sırada yer alıb.
Maqomedovun Paris Olimpiadasının finalında məğlub olduğu Cənubi Koreya təmsilçisi Park Taejoon (200 xal) ilk sıradadır.
Qeyd edək ki, Qaşım Maqomedov qızıl medal uğrunda görüşdə zədələndiyi üçün döyüş vaxtından əvvəl başa çatmışdı.
Namiq HUN
tag: Paris ,Olimpiada,Cənubi Koreya ,Dünya ,Rəsmi ,todaypress.az,