Olimpiya mükafatçısı İlham Əliyevdən və xalqdan üzr istədi
İdman
28.08.2024 20:51
Fransada keçirilən Yay Olimpiya Oyunlarının
bürünc medalını qazanan Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov
Rusiya KİV-lərinə verdiyi müsahibədə səsləndirdiyi bəzi ifadələrə görə
Prezident İlham Əliyev və Azərbaycan xalqından üzr istəyib.
TodayPress xəbər verir ki, idmançı açıqlamasında Azərbaycan
Prezidentinin verdiyi ordenin onun üçün çox dəyərli olduğunu bildirib.
“Mən 2022-ci ildən Azərbaycanı təmsil edirəm. Mənə bu
şəraiti yaratdığı üçün Azərbaycan Respublikasının Prezidentinə, o cümlədən
Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə və bu imkanı yaradan hər kəsə
təşəkkürümü bildirirəm. Azərbaycanı sevirəm və bu ölkəni təmsil etdiyim üçün
fəxr edirəm. Məhz Azərbaycan bayrağı altında Avropa çempionu, dünya və Olimpiya
mükafatçısı olmuşam. Rusiya mətbuatına verdiyim müsahibədə səsləndirdiyim
fikirlər yanlış anlaşılmanın nəticəsidir. Azərbaycan Respublikası Prezidentinin
mənə verdiyi orden mənim üçün çox dəyərlidir və heç bir hörmətsizlikdən söhbət
gedə bilməz. Baş verənlərlə əlaqədar mən Azərbaycan Respublikasının
Prezidentindən və bütün Azərbaycan xalqından üzr istəmək istəyirəm" Olimpiya mükafatçısı bildirib.
Qeyd edək ki, Maqomedxan Maqomedov 97 kq çəki dərəcəsində
Paris-2024 Yay Olimpiadasının bürünc medalını qazanıb.
Prezident İlham Əliyevin sərəncamı ilə M.Maqomedov 3-cü
dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
tag: İdmançı, İlham Əliyev, Mükafat, Güləş, todaypress.az,