Olimpiya mükafatçısı iki illik diskvalifikasiya olundu

İdman

07.05.2025 16:07

21

Gürcüstanlı yunan-Roma güləşçisi Yakob Kadjaya (130 kq) üç dopinq testindən keçmədiyi üçün iki il müddətinə diskvalifikasiya olunub.   

TodayPress Beynəlxalq Dopinq Test Agentliyinə (İTA) istinadən xəbər verir ki, 2023 və 2024-cü illərdə dopinq işçiləri üç dəfə müvafiq prosedurdan keçmək üçün idmançını tapa bilməyiblər. 

Ötən il ITA İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib. Aprel ayında güləşçinin antidopinq qaydalarını pozduğu aşkar edilib. 

İdmançının 2024-cü il yanvarın 6-dan bəri qazandığı bütün nəticələr ləğv edilib.

Kadjayanın diskvalifikasiya müddəti 2027-ci il aprelin 3-də başa çatacaq.

Onun qərardan CAS-a şikayət etmək hüququ var. 

Xatırladaq ki, Yakob Kadjaya Tokio-2020 Olimpiadasının gümüş mükafatçısıdır.

Yunan-Roma güləşçisi 2019 və 2021-ci il dünya çempionatlarında iki bürünc medal qazanıb. 

Namiq HUN

tag: Yakob Kadjaya,Cəza,Güləş,Qərar,Todaypress.az,