Olimpiya mükafatçısı dünyasını dəyişdi
İdman
16.01.2025 15:58
Üzgüçülük üzrə rusiyalı olimpiya mükafatçısı Dmitri Volkov dünyasını dəyişib.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Su İdmanı Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Volkov 58 yaşında vəfat edib. O, ötən ilin mart ayından səhhətində yaşadığı ciddi problemlərə görə müalicə alırmış.
Qeyd edək ki, Dmitri Volkov 1988-ci ildə Cənubi Koreyanın paytaxtı Seulda keçirilən olimpiadada iki bürünc və 1992-ci ildə İspaniyanın Barselona şəhərində təşkil edilən multi-idman oyunlarında gümüş medal qazanıb.
Namiq HUN
tag: Volkov ,Səhhət ,Federasiya, Koreya, Seul, todaypress.az,