Olimpiya məşəlinin estafeti zamanı 78 nəfər saxlanılıb

İdman

30.05.2024 22:13

TodayPress xəbər verir ki, Fransada hüquq-mühafizə orqanları Olimpiya məşəlinin estafetinin təhlükəsizliyinin təmin edilməsi tədbirləri çərçivəsində 78 nəfəri saxlayıb. 

Olimpiya məşəlinin yürüşü mayın 8-də Marseldə start götürüb. Tədbir ölkənin bir neçə regionunda keçirilir. Olimpiya estafetinin təhlükəsizliyi hər gün 1500 polis əməkdaşı tərəfindən təmin edilir.

Fransanın daxili işlər naziri Jerald Darmanen ötən müddət ərzində 115 etiraz aksiyasının qarşısının alındığını, 78 nəfərin saxlanıldığını və 30 pilotsuz uçuş aparatnın ələ keçirildiyini bildirib.

 Ölkə üzrə Olimpiya məşəlinin estafeti iki aydan çox davam edəcək və iyulun 26-da Stad de Fransda Oyunların açılış mərasimində başa çatacaq. Bu müddət ərzində Olimpiya məşəli 12 min kilometr məsafə qət etməlidir. 

Daha əvvəl Olimpiya məşəlinin estafetinə təkcə Olimpiadanın birbaşa əleyhdarları deyil, həm də Fələstin tərəfdarları, iqlim dəyişikliyi ilə mübarizə aparan və miqrantların hüquqlarının müdafiəsi ilə məşğul olan fəallar mane olmağa çalışıblar.

Parisdə Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

tag: Yay Olimpiya Oyunları,Fransa, İdman, Paris-2024,todaypress.az, Todaypress,