Olimpiya komandalarımız Fransaya yollandılar
İdman
23.07.2024 09:20
Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan Olimpiya komandasının bir sıra idmançılarının yolasalma mərasimi keçirilib.
TodayPress xəbər verir ki, ilkin olaraq, cüdo, badminton, üzgüçülük, avarçəkmə və kamandan oxatma üzrə komandalarımız Fransa paytaxtına yollanıblar.
Boksçularımız isə artıq 2 gündür Parisdədirlər. Onlar Almaniyadakı təlim-məşq toplanışından birbaşa Oyunların keçiriləcəyi məkana yollanıblar.
Qeyd edək ki, Olimpiadada 48 idmançımız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Azərbaycan komandasının yarışdakı bayraqdarları cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev olacaqlar.
XXXIII Yay Olimpiya Oyunları iyulun 26-da start götürəcək.
Namiq HUN
tag: Fransa,Paris 2024, Olimpiada, Almaniya, Boksçular, todaypress.az,