Olimpiya halqaları Eyfel qülləsinə qovuşdu

İdman

07.06.2024 12:53

Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının təşkilatçıları Fransa paytaxtının Eyfel qülləsinə beş olimpiya halqası quraşdırıblar. 

TodayPress xəbər verir ki, çəkisi 30 ton, eni 29, hündürlüyü 13 metr olan konstruksiya ötən gecə quraşdırılıb. Halqalar təxminən 60 metr hündürlükdə, qüllənin birinci və ikinci mərtəbələri arasında qüllənin Sena çayına baxan tərəfində quraşdırılıb. 

Qeyd edək ki, Olimpiadanın başlanmasına 50 gün qalmış Fransanın paytaxtının əsas simvoluna olimpiya halqalarının quraşdırılması baş tutub.

Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Namiq HUN

tag: Olimpiya, Eyfel, Oyun, Paris 2024, Fransa, todaypress.az,