Olimpiya hakimi: “Sena çayında açıq suda üzgüçülük olmayacaq”
İdman
04.08.2024 16:00
Parisdə keçirilən Olimpiya Oyunlarında triatlon
yarışlarının baş hakimi Aleksey Kalinin bildirib ki, Sena çayında üzgüçülük
yarışları çətin ki, baş tutsun.
TodayPress xəbər verir ki, o, bu barədə "Telegram"
kanalında məlumat verib.
Kalinin qeyd edib ki, avqustun 3-ü və 4-də
triatlonçular Senada suyun qeyri-qənaətbəxş vəziyyətinə görə məşq etməyiblər. Qərara
tufanla bağlı çayda güclü cərəyan da təsir edib.
Bu, turnirdə triatlonçuların Senadakı suyun keyfiyyətinə
görə məşqlərin ilk təxirə salınma hal deyil. Parisdə 29 və
30 iyulda üzgüçülük yarışı yağışdan sonra ləğv edilib. Olimpiya Təşkilat Komitəsi
kişilərin yarışını iyulun 31-nə keçirib.
Töhfə Səməd
tag: Sena Çayı, Paris, Fransa,Olimpiya Oyunları,Triatlonçular,todaypress.az,