Olimpiya çempionuna ev və ömürlük əriştə verildi

İdman

05.08.2024 16:34

Paris Olimpiadasında 2 qızıl medal qazanan filippinli idman gimnastı Karlos Yuloya veriləcək hədiyyələr açıqlanıb.

TodayPress xəbər verir ki, ölkəsinin ilk Olimpiya çempionu tituluna yiyələnən atletə 10 milyon Filippin pesosu (təxminən 170 min dollar) veriləcək.

Bundan başqa, Karlosa ev, mebel və “iPhone 16” telefonu, bir neçə restoran şəbəkəsində ömürlük əriştə və içki, 45 yaşından etibarən isə kolonoskopiya və qastroenterologiyaya pulsuz giriş kartı hədiyyə olunub.

24 yaşlı Karlos Yulo Olimpiadada sərbəst hərəkətlər və tullanmada iki qızıl qazanıb.

Namiq HUN

tag: Paris, İphone 16, Karlos Yulo, Hədiyyələr, Qızıl Medal, Ev, Mebel, todaypress.az,