Olimpiya çempionumuz ilin qalibləri arasında
İdman
16.01.2025 12:25
Beynəlxalq Cüdo Federasiyası (IJF) ilin ən yaxşı cüdoçusu adı uğrunda sorğu keçirib.
TodayPress xəbər verir ki, ilk üçlüyə Olimpiya və dünya çempionu Hidayət Heydərov da daxil olub.
O, Hifume Abe, Takanori Naqase (hər ikisi Yaponiya), Teddi Riner (Fransa) və komanda yoldaşı Zelim Kotsoyevi qabaqlayıb.
İlk üçlükdə həmçinin Laşa Bekauri (Gürcüstan) və Eldos Smetov (Qazaxıstan) da yer alıb.
Qeyd edək ki, dünya cüdosunda ilin qalibləri mükafatlarını fevralın 1-2-də Parisdə keçiriləcək “Böyük Dəbilqə” turnirində alacaqlar.
Namiq HUN
tag: Hidayət Heydərov, Cüdo, Beynəlxalq,Mükafat, todaypress.az,