Olimpiya çempionu yarışlardan kənarlaşdırıldı
Tokio-2020 Yay Olimpiya Oyunlarında 400 metr məsafəyə sərbəst üsulla üzməkdə qızıl medal qazanan tunisli Əhməd Hafnaui 21 ay müddətinə yarışlardan kənarlaşdırılacaq.
TodayPress “Reuters”ə istinadən xəbər verir ki, diskvalifikasiyaya səbəb idmançının olduğu yerlə bağlı məlumatın verilməsi qaydasını pozmasıdır.
Hafnaui 12 ay ərzində üç dəfə bu qaydanı pozub.
Üzgüçünün diskvalifikasiyası 2026-cı il yanvarın 10-dək davam edəcək. Əhmədin 2024-cü il aprelin 11-dən bəri göstərdiyi bütün nəticələr ləğv olunacaq.
Xatırladaq ki, Əhməd Hafnaui 2023-cü ildə keçirilmiş dünya çempionatında 800 və 1500 metr məsafələrə sərbəst üsulla üzməkdə iki qızıl medal qazanıb.
Namiq HUN
tag: Əhməd Hafnaui ,Üzgüçülük,Yarış,Qızıl,Medal,Todaypress.az,