Olimpiya çempionu qızıl medalını satmaq istəyir

İdman

12.08.2024 17:54

Norveçli idmançı Paris Olimpiadasının qızıl medalını satmağı düşünür.

TodayPress xəbər verir ki, aqırlıqqaldıran Solfrid Koanda növbəti multiidman oyunlarına hazırlaşmaq üçün bu qərara gəlib. 

"XXXIV Yay Olimpiya Oyunlarına hazırlığı maliyyələşdirmək üçün qızıl medalı satmalı ola bilərəm” Solfrid bildirib. 

Koanda 81 kiloqram çəki dərəcəsində Paris Olimpiadasının qalibi olub. O, birdən və təkanla qaldırmada 275 kiloqramlıq ağırlığı ram edərək yeni Olimpiya rekordu müəyyənləşdirib. 

Solfrid həmçinin 87 kq çəki dərəcəsində dünya və 3 qat Avropa çempionudur. 

Namiq HUN

tag: Norveç, Paris, Solfrid, Avropa,Çempion, todaypress.az,