Olimpiya çempionu PSJ-nin səhmdarı oldu

İdman

13.08.2024 12:35

ABŞ millisinin və “Finiks” klubunun məşhur basketbolçusu Kevin Dürant PSJ-nin səhmdarı olub.

TodayPress təcrübəli idmançının təsisçisi olduğu "Boardroom" sosial şəbəkə hesabına istinadən bu xəbəri yayıb.

Kevin Dürant Paris təmsilçisinin prezidenti Nasser Əl-Xelaifi ilə klubun təlim-məşq bazasına və təhsil mərkəzinə baş çəkib.

Qeyd edək ki, Kevin Durant Paris Olimpiadasında ABŞ millisi ilə qızıl medal qazanıb. 35 yaşlı basketbolçu komanda növündə dörd olimpiadada çempion titulu qazanan ilk kişi idmançıdır.

Namiq HUN

tag: ABŞ, Nasser Əl-Xelaifi, Kevin Durant,Çempion, todaypress.az,