Olimpiya çempionu parkda gecələdi
İdman
05.08.2024 14:27
Paris Olimpiadasındakı şəraitsizlikdən narazı olan italiyalı çempion üzgüçü Tomas Çekkon parkda yatıb.
TodayPress xəbər verir ki, o, Olimpiya kəndində idmançıların yaşadığı otaqlarda kondisioner olmadığından bu qərara gəlib.
Onun parkda yatmasını Səudiyyə Ərəbistanından olan avarçəkən Huseyn Alirez sosial şəbəkədə paylaşıb.
Çekkon daha əvvəl Tokio Olimpiadasında təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirərək Parisdəki şəraitdən şikayət etmişdi. İtaliyalı idmançı xüsusilə, isti havalarda otaqlarda kondisionerin olmamasını vurğulamışdı.
Qeyd edək ki, Tomas Çekkon Yay Olimpiya Oyunlarında 100 m məsafəyə arxası üstə üzməkdə qızıl, eyni məsafəyə estafet yarışında isə bürünc medal qazanıb.
Namiq HUN
tag: Olimpiya Çempionu, Tokio, Ərəbistan, Paris, Çekkon, todaypress.az,