Olimpiya çempionu körpəsindən sonra ikinci böyük qələbəsini qazandı

İdman

16.01.2025 17:37

Natalya Terentyeva Kazanda keçirilən Rusiya Kubokunda qalib gəlib. 

TodayPress xəbər verir ki, rusiyalı xizəkçi sərbəst üslubda 10 km fərdi start üzrə Kazanda keçirilən mərhələ yarışında birinci olub.

Terentyeva yarışı 23 dəqiqə 12,1 saniyəlik nəticə ilə başa vuraraq qızıl medal qazanıb. 

Bu qələbə Natalyanın körpə dünyaya gətirdikdən sonra ikinci uğurudur. Daha əvvəl o, dekabrda Moskva vilayətində keçirilən "Krasnoqorsk xizək yarışı" çərçivəsində sərbəst üslubda sprintdə birinci yeri tutub.

2024-cü ilin avqust ayında qızı dünyaya gələn Terentyeva dekabrda yenidən karyerasına başlayıb. 

Qeyd edək ki, 29 yaşlı Natalya Terentyeva iki Olimpiya Oyunlarında iştirak edib. O, 2022-ci ildə estafet yarışında qızıl medal, ümumilikdə isə bir gümüş və iki bürünc mükafat qazanıb. Terentyeva həmçinin “Tur de Ski” yarışının ümumi hesabında qalib gələn ilk rusiyalı xizəkçidir (2021/22). O, roller xizək üzrə ikiqat dünya çempionudur (2019, 2021).

Namiq HUN

tag: Rusiya, Çempion, Kubok, Oyunçu, todaypress.az,