Olimpiya çempionu karyerasını bitirdi
İdman
22.11.2024 13:11
Rusiyalı məşhur tennisçi Yelena Vesnina karyerasını başa vurub.
TodayPress xəbər verir ki, o, şəxsi sosial şəbəkə hesabında yazıb.
38 yaşlı tennisçi ona daim dəstək olduqları üçün ailəsinə və valideynlərinə təşəkkür edib.
Qeyd edək ki, Yelena Vesnina 2016-cı ildə Rio-de-Janeyro Olimpiadasında Yekaterina Makarova ilə birlikdə cütlüklərin yarışında qızıl medal qazanıb. O, qarışıq cütlüklərin yarışında isə Tokio Olimpiadasının gümüş medalına sahib çıxıb.
Namiq HUN
tag: Rusiya, Yelena Vesnina, Karyera, Tennis, Olimpiada, todaypress.az,