Olimpiya çempionu dünyasını dəyişdi
İdman
03.12.2024 17:25
Almaniyalı olimpiya çempionu və paralimpiya iştirakçısı İlke Viludda vəfat edib.
TodayPress xəbər verir ki, Avropa Atletika Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Keçmiş idmançının ölüm səbəbi məlum deyil. 55 yaşlı Viluddanın xəstə olduğu bildirilir.
İlke disk atıcı kimi üç Olimpiadada iştirak edib. O, 1996-cı ildə Atlantada keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanıb.
Viludda idman karyerasını bitirdikdən sonra fizioterapevt, sonra isə anestezioloq kimi fəaliyyət göstərib.
2010-cu ildə ağır yoluxucu xəstəliyin nəticəsinə görə onun sağ alt ayağı amputasiya edilib. İlke 2012-ci ildə London Paralimpiya Oyunlarında iştirak edərək güllə atmada beşinci yeri tutub.
Namiq HUN
tag: Çempion, Ölüm, İlke Viludda , Qızıl Medal, todaypress.az,