Olimpiya çempionu cəzalandırıldı
Hokkey üzrə Finlandiya yığma komandasının heyətində 2022-ci il Qış Olimpiaadasının qalibi olan Miro Aaltonen kokaindən istifadə etdiyinə görə cəzalandırılıb.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, o, dopinq testindən keçə bilməyib.
Nəticədə Aaltonenin İsveçrənin “Kloten” klubuna transferi baş tutmayıb.
31 yaşlı hokkeyçinin qanında kokain tapılıb. Bu səbəbdən Miro 1 ay müddətinə cəzalandırılıb və 1000 İsveçrə frankı məbləğində cərimələnib.
Aaltonen həmçinin, 800 İsveçrə frankı təşkil edən dopinq testi və test nümunəsinin analizi xərclərini ödəməli olacaq.
Namiq HUN
tag: Hokkey ,Finlandiya,Miro Aaltonen,İdman,todaypress.az,