Olimpiya çempionlarının mövqeyi dəyişmədi
İdman
01.11.2024 13:30
Cüdoçuların dünya reytinqi açıqlanıb.
TodayPress xəbər verir ki, Azərbaycanın olimpiya çempionları ilk pillədəki mövqelərini qoruyublar.
Millimizin liderləri Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) çəki dərəcələrində yenə birincidirlər.
Milli üzvü Murad Fətiyev (90 kq) cədvəldə yüksəlib.
Abu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirinin bürünc mükafatçısı bu nəticədən dərhal sonra 9-cu yerə yüksəlib, indi isə 7-ci mövqedədir.
İki pillə irəliləyən olimpiya iştirakçısı Elcan Hacıyev 9-cudur.
Balabəy Ağayev (60 kq), Zelim Tskayev və Uşanqi Kokauri (+100 kq) ilk 10-luqdakı yerlərini qoruyublar.
Namiq HUN
tag: Olimpiya, Çempion, Hidayət Heydərov, Böyük Dəbilqə, todaypress.az,