Olimpiya çempionlarının liderliyi davam edir

İdman

13.05.2025 17:40

8

Beynəlxalq Cüdo Federasiyası (IJF) Qazaxıstanda keçirilən “Böyük Dəbilqə” turnirinin nəticələrinə əsasən yeni reytinq cədvəlini açıqlayıb.   

TodayPress xəbər verir ki, Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) liderliklərini davam etdirirlər.   

Elcan Hacıyev (90 kq) altıncı pillədə qərarlaşıb. Zelim Tçkayev (81 kq) və Rəşid Məmmədəliyev (73 kq) isə yeddinci yerdədirlər.

Milli komandanın qalan üzvləri ilk onluqdan kənarda qalıblar.   

Namiq HUN

tag: Hidayət Heydərov,Zelim Kotsoyev,Cüdo,Liderlik,Todaypress.az,