Olimpiya çempionlarının dünya reytinqi açıqlandı
İdman
27.12.2024 13:22
Olimpiya çempionu Hidayət Heydərov (73 kq) topladığı reytinq xallarının sayına görə dünya üçüncüsüdür.
TodayPress xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası (IJF) həm kişilər, həm də qadınlar arasında dünya sıralamasında liderlərin topladığı xalları əks etdirən siyahı açıqlayıb.
Hidayət Heydərov 8004 xalla birləşdirilmiş cədvəldə üçüncü yerdədir. Kişilər arasında ən yüksək göstəriciyə nail olan Heydərov yalnız qadın cüdoçular - kanadalı Krista Dequci (10140) və xorvat Barbara Matiçdən (8029) geri qalır.
Digər olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) topladığı 6812 xalla yeddincidir. O, beşqat olimpiya çempionu fransalı Teddi Rineri (6800) qabaqlayır.
Namiq HUN
tag: Dünya, Reytinq,Xal, Çempionat, todaypress.az,